İdman

“Frayburq” – “Qarabağ” oyununun hakimləri bəlli oldu

Sharing is caring!

Almaniyada “Frayburq” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb.

Oxu.Az xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Erik Lambrexts olacaq. Ona Jo de Ueyrdt və Matias Hillaert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Uim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Millo və Uilli Delajod olacaq.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lisdir.

Qeyd edək ki, Erik Lambrexts 2021-ci il sentyabrın 16-da UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilən “Qarabağ” və İsveçrə “Bazel”i arasında oyunu idarə edib. Həmin qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, sentyabrın 8-də Frayburq şəhərindəki “Europa-Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir