Hadisə

Şəmkirdə 2 nəfəri qatar vurdu

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıb.

Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb. Müxtəlif bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir