Xarici siyasət

Ərdoğan Pakistanın yeni Baş naziri ilə telefonla danışdı

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın yeni seçilən Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.

Xəbəral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Prezident Ərdoğan danışıq zamanı Şahbaz Şərifə Pakistan parlamentinin qərarı ilə Baş nazir seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Seçkinin nəticələrinin dost və qardaş Pakistan xalqı üçün xeyirli olmasını arzulayan Prezident Ərdoğan, Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələri ilə bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, üzləşdiyi bütün çətinliklərə və maneələrə baxmayaraq, Pakistan xalqının demokratiya və qanunun aliliyindən dönmədiyini bir daha nümayiş etdirdiyini dilə gətirib.

Ərdoğan Türkiyə olaraq Pakistana indiyə qədər göstərdikləri hər cür dəstəyi bundan sonra da davam etdirəcəklərini vurğulayıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir