Cəmiyyət

Müəllimlərin orta aylıq əməkhaqqısı açıqlanıb

Sharing is caring!


Ölkədə fəaliyyət göstərən müəllimlərin orta aylıq əməkhaqqısı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayı üçün bu vəsait 830 manat təşkil edib:

“Təbii ki, hər il sertifikatlaşdırma imtahanları keçirilir və müəllimlərin əməkhaqlarına əlavələr olunacaq”.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında müəllimlərin orta aylıq əməkhaqqı 790 manat olub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir