Hadisə

Yaralananların 6-sının vəziyyəti ağırdır – AÇIQLAMA

Sharing is caring!

TƏBİB Bakıda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Xəbəral xəbər verir ki, məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir