Hadisə Manşetüstü

Astarada dəhşətli qəza: Ölən və yaralananlar var

Sharing is caring!

Astara rayonunda yol qəzası olub.

XəbərAl.az  xəbər verir ki, sentyabrın 30-da saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Bakı şəhər sakini Z.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış çamışı vurmuş və sonradan idarəetməni itirdiyindən avtomobil yol ayırıcısına çırpılıb.

Nəticədə avtomobildəki sərnişin, Yadımlı rayon sakini Cavid Aslanov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir