Hadisə Manşetüstü

Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb

Sharing is caring!

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəbərAl.az xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

“Qazel” markalı avtomobilin “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində rayon sakinləri 1991-ci il təvəllüdlü Səmədov Araz Mübariz oğlu və 1996-cı il təvəllüdlü Əhədov Cəlil Əhəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir