Yevlax rayonunda camış azyaşlı uşağın üstündən keçərək qarın nahiyəsinə ağır xəsarət yetirib.
XeberAl.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Malbinəsi kəndində qeydə alınıb.
Yaralı, 2011-ci il təvəllüdlü Kənan Əlili ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılb və dərhal əməliyyat olunub.
Qarın nahiyəsində dərin kəsikləri olan uşağın kəskin qanaxmasının qarşısı alınıb. Həkimlər 8 yaşlı uşağın vəziyyətini kafi olaraq qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.