Hadisə Manşetüstü

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: toya gedən 8 nəfər faciəvi şəkildə öldü (YENİLƏNDİ)

Sharing is caring!

Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır.

Masallı Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.

***

08:24

Masallıda yük maşını “Mersedes Vito” markalı mikroavtobusla toqquşub.

Səhiyyə Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, ölənlərin 2-si qadin, 3-ü kişi, digər 3-ü isə məktəb yaşlı uşaqdır.

Yaralı qadının 24 yaşı var. O, hazırda reanimasiya şöbəsində müalicə alır.

Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir