Gündəm

Millət Vəkili Birinci Vitse Prezidenti doğum günü münasibətilə təbrik etdi…

Sharing is caring!

Bu gün Ölkənin Birinci Vitse – Prezidenti, hər bir azərbaycanlının sayqı və sevgisini qazanan, bütün varlığı ilə vətənimizə bağlı, milli dövlətçiliyimizə və onun inkişafına əhəmiyyətli töhvələr verən, Xalqımızın milli – mənəvi dəyərlərinin qorunması, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğində danılmaz xidmətlər göstərən, hər zaman olduğu kimi 44 günlük Vətən Savaşı dönəmində də Möhtərəm, Cənab Prezident İlham Əliyevin sədaqətli silahdaşı kimi onunla bərabər olan, qayğıkeş ana, xüsusi diqqətə ehtiyacı olan vətəndaşlarımızın ümid yeri Mehriban xanımın doğum günüdür.

Kanal4.az, xəbər verirki bununla bağlı ,Ana Vətən Partiyasının Sədri,Milli Məclisin Deputatı Fəzail Ağamalı öz şəxsi facebook hesabında paylaşım edib.

Çox dəyərli və hörmətli Mehriban xanım!

Böyük məmnuniyyətlə Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə Uca Tanrıdan möhkəm can sağlığı, ailə xoşbəxtliyi, məsuliyyətli və şərəfli fəaliyyətlərinizdə uğurlar arzulayır, ən xoş diləklərimi çatdırıram.

Dərin hörmətlə, Fəzail Ağamalı

Millət Vəkili, Ana Vətən Partiyasının sədri

26 Avqust 2021 – ci il

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir