Manşetüstü

Bu gün Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri, tarix elmləri doktoru, professor Fəzail Ağamalının doğum günüdür.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 26 avqust Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri, tarix elmləri doktoru, professor Fəzail Ağamalının doğum günüdür.

Çox hörmətli və dəyərli Fəzail müəllim!

19 yaşından həyat və sağlamlığınızın təhlükə qarşısında olduğunu zərrə qədər düşünmədən, Azərbaycanın istiqlalı, müstəqilliyi uğrunda usanmadan mübarizə apararaq dövlətə, xalqa sədaqətinizlə bütün Anavətənçilərə örnəksiniz. Ölkəmizin müstəqillik qazandıqdan sonrakı dönəmində də onun qorunub saxlanması istiqamətində daim mübarizə aparmaqdasınız.

Ana Vətən Partiyasının 30 ildən artıq zaman kəsiyində əldə etdiyi bütün uğurlarda Sizin imzanız, Sizin möhürünüz var.

Heç şübhəsiz ki, Sizin Liderliyiniz sayəsində Ana Vətən Partiyası bundan sonra da dövlətimizin ətrafında sıx birləşəcək və bu yolda öz gücünü və potensialını əskik etməyəcəkdir.

Cənab sədr!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, sağlam ömür, fəaliyyətinizdə nəaliyyətlər diləyirik.

Doğum gününüz mübarək!

Dərin sayqılarımızla Anavətənçilər

Bizdə Xəbəral.az olaraq dəyərli Millət Vəkilini səmimi qəlbdən təbrik edirik

26 Avqust 2021 – ci il

Mirismayıl Xələfli

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir