Gündəm manset

Masallının Məşhur deputatı sahibkarlıqla məşğuldur- İDDİA

Sharing is caring!

Tanınmış jurnalist Nüsrət İsaoglu öz şəxsi facebook səhifəsində millət vəkili Məşhur Məmmədovu seçicilərlə görüşmədiyini, bir sözlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd edib. Dosye.org olaraq həmən məlumatı oxucularımıza təqdim edirik:
Əslində alverçi deyilən şəxsdən Millət vəkili ola bilməz. Amma nə edəsən ki, məhşur alverçilərimizdən olan Məhşur Məmmədov özünü Masallı seçicilərinə onların hüquqlarının müdafiəçisi kimi sınamağa cəhd eləsə də, niyyəti baş tutmayıb. Masallılar ağı qaradan seçməyi yaxşı bacarırlar. Əvvəla, yaxşı bilirlər ki, alverçidən iş adamı olması yumurtadan yun qırxmaq kimi bir şeydir. Özünü cəmiyyətə bu adla sırımaq müşkül məsələdir. Bu günlərdə 25 illiyi şəstlə hətta informasiya məkanında geniş qeyd edilən “Embavood” şirkətinindən bu günədək xeyir görən çətin ki, tapıla.
Nəyisə alıb üstünə 5-10 manat qoyaraq xıdır edilməyə rəhmətlik sovetlər dönəmində möhtəkirlik deyirdilər. İş adamı nəsə istehsalı edən, insanlara halal iş yeri açan imkanli şəxslərə deyilir. Milli məclisdə müzakirə olunan məsələlərə susqunluğu ilə məşhurlaşan Məşhur Məmmədovun bu mənada sinəsinə döyməyə nə üzü, nə də mənəvi haqqı ola bilər. Vaxtilə gəlin köçərkən bu şirkətdən mebel alan qızlarımızın övladları arasında ali təhsil almış, ailə sahibi olmuşlar heç də az deyil.
Di gəl ki, aralarında həmin mebellərin kreditini ödəyib qurtara bilməyənlərin sayı kifayət qədərdir. Bu yerdə bir vaxtlar yerdən çixan göbələk kimi ölkədə peyda olan, az sonra fəaliyyətsizlikdən, etibar itirməkdən, yanlış yol tutmaqdan müflisləşib bağlanan özəl banklarımızı xatırlamamaq olmur. İş adamı adını aşağılamaq heç də yaxşı iş deyil. Alverçi, millət vəkili Məşhur Məmmədov hələlik Milli Məclisdə kolxoz deputatı kimi əl qaldırmaqla kifayətlənir. Tanınmış iş adamı, xeyriyyəçi Mübariz Mənsimovla, Alverçi, millət vəkili Məşhur Məmmədovu müqaisə edəcəyik…
P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

DOSYE.ORG/

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir