Dünya

İtaliyanın şimalında pis hava şəraiti şəhərlərin su altında qalmasına səbəb olub – VİDEO

Sharing is caring!


İtaliyanın Mülki Müdafiə Departamenti Lombardiya əyalətinin şimal bölgəsində güclü yağıntılar səbəbindən maksimum (qırmızı) hava xəbərdarlığı elan edib. Digər altı regionda sondan əvvəlki (narıncı) səviyyə fəaliyyət göstərir.

Liquriyada güclü yağış yağır. Genuyada bir saat ərzində 80 mm yağış yağıb. Şəhərin mərkəzi rayonları və dəmiryol stansiyalarından biri sel altında qalıb.

Qeyd edək ki, eyni zamanda İtaliyanın cənubu yanğınlardan əziyyət çəkir. Siciliyada Trapani şəhərinin hava limanı müvəqqəti bağlanıb, Skopelloda isə yanğınla əlaqədar 400 turist təxliyə edilib.

Mənbə: “La Repubblica” qəzeti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir