Gündəm

Binəqədinin Yollarına laqeyidlik- Nə Binəqədi İcra Hakimiyyəti Baxmır Nədə Azəravtoyol! FOTOLAR

Sharing is caring!

XəbərAl.az saytı bildirir ki, Azərbaycanın hər qarış yollarının asfaltlanıb abadlaşdığı bir vaxtda Binəqədi rayonun küçə və yolları baxımsız vəziyyətə qalıb.Demək olar ki, bu yollara nə Binəqədi İcra hakimiyyəti nədə “Azəravtoyol” Açıq Səhmdar baxır. Bununda əziyyətin çarəsiz Binəqədi sakinləri çəkir.
XəbərAl.az saytı xəbər verirki, son günlərdə yağan yağış paytaxtın Binəqədi Rayonda fəsadlar törədib.Həmin ərazinin 1-ci mədən 14-cü korpusunda yol çöküb. Nəticədə asvalt örtüyü qırılaraq hərəkət üçün çətinlik yaradıb.Belə ki, yolun bir hissəsi aşınmaya uğrayıb və ərazidə bir neçə böyük çala yaranıb.Onu da deyək ki, hazırkı duruma baxmayaraq həmin yerdə heçbir təhlükəsizlik tədbiri görülməyib. Qeyd edək ki, hadisə baş verən ərazidə əhali sıx məskunlaşıb.
Xatırladaq ki, sözügedən yolda təmir-bərpa işləri yeni, son bir ayda aparılıb.

Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir