İdman

Yuri Matias: “Beşiktaş”ın gücünə bələdik”

Sharing is caring!


“Bizi çox çətin oyun gözləyir. “Beşiktaş”ın gücünə bələdik”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Yuri Matias UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Braziliyalı müdafiəçi futbolda hər şeyin mümkün olduğunu bildirib:

“Belə rəqibə qarşı oynamaq çox xoş hissdir. Futbolda hər şey mümkündür. Sabah əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq”.

Futbolçu sabah səhvsiz oynamağa çalışacaqlarını söyləyib:

“İlk matçda buraxdığımız qollar bütün komandanın səhvi idi, tək müdafiə xəttinin yox. Unutmamalıyıq ki, ikinci yarıda ən azı heç-heçə üçün nə qədər epizodlar yaratdığımızı unutmamalıyıq. Buraxdığımız qollar nəticəni həll etdi. Səhvlər etdiyimizi bilirik. Sabah səhvsiz oynamağa çalışacağıq”.

Qeyd edək ki, sabah İstanbuldakı “Vodafone Arena”da keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir