Hərbi

“Hərbi Vətənpərvərlik mövzusununda sosial çarxın” çəkilişi baş tutdu

Sharing is caring!

22.11.2020-ci il tarixdə ”Hərbi Vətənpərvərlik mövzusunda sosial çarxın” çəkilişi ilə əlaqəli növbəti tədbir keçirilmişdir. Tədbirdə Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-litseyin şagirdləri iştirak etmişlər. Çəkiliş zamanı şagirdlər hərbi geyim formasında əlində Azərbaycan Respublikasının dövlət bayrağını nümayiş etdirmişlər. Tədbir zamanı məktəbin direktoru Bəsti Mahmudova şagirdlər qarşısında çıxış edərək torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur milli qəhramanlar haqda danışmış, Qarabağın tarixi Azərbaycan torpaqları olmasını şagirdlərin nəzərinə çatdırmışdır. Bundan sonra layihə rəhbəri Əmiraslanova Gülnarə şagirdlərlə çəkiliş zamanı olan bəzi nyuansları izah etmiş onlarda bu işə maraq doğuran söhbətlər aparmış. Bundan sonra çəkiliş qrupu ilə birlikdə şagirdlər və məktəbin bir sıra müəllimləri və pedaqoqlar Samux rayonu Qarayeri qəsəbəsi ərazisində yerləşən parka çəkiliş üçün yollanmışlar. Çəkiliş zamanı şagirdlərin aktyorluq qabiliyyətləri üzə çıxmış və bu işlə bağlı onlarda həvəs oyanmışdır. Çəkiliş sonunda layihənin icra planına əsasən iştirakçılara növbəti tədbir barədə məlumat verilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir