Dünya

ABŞ sakini evinə daxil olmaq istəyən şəxsi güllələyərək öldürdü –VİDEO

Sharing is caring!

ABŞ-ın Ohayo ştatında ev sahibinin öz mülkünü qorumaq üçün başqa bir şəxsi öldürməsi müşahidə kameraları tərəfindən lentə alınıb.

Oxu.Az-ın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, 22 yaşlı Ceyms Rayl keçmiş sevgilisinin evinə daxil olmağa cəhd edib.

Bu məqsədlə o, fərdi yaşayış evinin giriş qapısını sındırmağa çalışıb.

Lakin bu zaman qızın atası Mitç Dakro odlu silahla Ceymsə üç dəfə atəş açıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında vətəndaşlara silah almağa və gəzdirməyə icazə verilir. Həmçinin, yerli qanunlara görə, insan ondan özünümüdafiə və ya əmlakını, o cümlədən evini qorumaq üçün istifadə edə bilər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir