İqtisadiyyat

“Günay Bank” və “Muğan Bank” niyə bağlandılar? – Taleh Kazımov açıqladı

Sharing is caring!


“Bankların hesabatlılığı düzgün aparılmadığı üçün bağlandılar”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransı zamanı AMB sədri Taleh Kazımov deyib.

Sədr maliyyə problemi olduğunu qeyd edib:

“Yoxlamalar zamanı hər iki bankda – “Günay Bank” və “Muğan Bank”da hesabatlılığın düzgün aparılmadığı aşkarlandı. Məhz bu səbəbdən də bağlandı.

Biz yerində nəzarət etdik. Kapital çatışmazlığı aşkarlandı. Buna görə həmin bankların lisenziyasını ləğv etdik”.

T.Kazımov sonda məqsədli şəkildə bu məsələ ilə bağlı qalmaqal yaradıldığını əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir