Cəmiyyət

Xaçmazda naməlum avtomobil piyadaları vurdu

Sharing is caring!

Xaçmazda avtomobil piyadaları vuraraq xəsarət yetirib.

“Report”un xəbərinə görə, hadisə Bakı prospektində baş verib.

Belə ki, rayonun Şollar kənd sakinləri – 1988-ci il təvəllüdlü Əmirxanova Ülviyyə Ələkbər qızı və 2016-ci il təvəllüdlü Əmirxanova Zəhra Elşad qızı yolu keçərkən avtomobil onları vurub.

Yaralılar sakinlərin köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Piyadaları vuran sürücünün kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir