Dünya

Pakistanda məscidin damının uçması nəticəsində 15 nəfər ölüb

Sharing is caring!

Pakistanın Sind əyalətində məscidin damının uçması nəticəsində azı 15 nəfər ölüb, 70 nəfər yaralanıb.

Hadisə əyalətin şimalında yerləşən Xeyrpur şəhərində baş verib.

İnsidentə səbəb bir neçə gündür davam edən güclü yağışın binanın dayaq konstruksiyalarını yuması səbəb olub.

Məsciddə olan insanlar daşqınlar nəticəsində evlərini itirib və binanın özü zərərçəkənlər üçün müvəqqəti sığınacaq kimi istifadə olunub.

Qeyd edək ki, Pakistanda iyun ayından bəri davam edən musson daşqınları nəticəsində ölənlərin sayı 830 nəfərə çatıb. Zərərçəkənlərin sayı 1348 nəfərdir. Ölkə boyu 93 mindən çox ev dağılıb, onlardan 30 minə yaxını təmirə yararsızdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir