Dünya

Meqan Markl ilk podkastını təqdim edib

Sharing is caring!

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın övladı valideynləri evdə olmadığı zaman yanğın nəticəsində ölüm təhlükəsilə üzləşib.

Markl ilk podkastında hadisənin 2019-cu ildə .ahzadə Harri ilə Afrikaya rəsmi səfərə getdiyi zaman baş verdiyini açıqlayıb. Onların dörd ay yarımlıq oğlu Arçi xidmətçilərlə birlikdə İngiltərədə qalıb.

Marklın sözlərinə görə, o, əri ilə birlikdə Zimbabvenin Nyanqa şəhərində çıxış etdikdən sonra yanğından xəbər tutub. Onlara Arçinin yatmalı olduğu otaqda qızdırıcının alışması barədə məlumat verilib. Tüstü iyini dəhlizlə keçən xidmətçilərdən biri hiss etdiyi üçün yanğın vaxtında söndürülüb.

Xoşbəxtlikdən Arçi yanğın zamanı otaqda olmayıb. Onu yatızdırmalı olan dayə qəlyanaltı yeməyə qərar verib və uşağı da özü ilə aparıb.

Markl iddia edir ki, bu xəbər həm onu, həm də Harrini şoka salıb. Lakin onlar heç nə olmamış kimi səfəri davam etdirməli və rəsmi tədbirlərə qatılmalı olublar.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir