Dünya

BAEA-nın baş direktoru Zaporojye AES-ə gedən nümayəndə heyətinə rəhbərlik edəcək – FOTO

Sharing is caring!

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Zaporojye atom elektrik stansiyasına (AES) gedən nümayəndə heyətinə rəhbərlik edəcək.

O, Ukraynanın bu dəvətinə hazır olduğunu bildirib.

Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində məlumat yayıb.

“Söhbətimiz zamanı BAEA-nın baş direktoru Rafael Mariano Qrossi bildirdi ki, Ukraynanın dəvətinə cavab olaraq Zaporojye AES-ə gedəcək nümayəndə heyətinə rəhbərlik etməyə hazırdır. Mən Rusiyanın nüvə təhlükəsizliyi ilə bağlı yaratdığı təhdidlər səbəbindən missiyanın işinin aktuallığını vurğuladım”, – Kuleba qeyd edib.

Mənbə: Ukrinform

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir