Dünya

Ukraynada deputatların diplomatik pasportları əllərindən alınıb

Sharing is caring!

Ukrayna Xarici İşlər Nazirliyi Ali Radanın 225 deputatının diplomatik pasportlarını ləğv edib.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik pasport sırf rəsmi ezamiyyət üçün istifadə edilməlidir. Şəxsi səyahət üçün bu sənəddən istifadə yolverilməzdir.

Ukrayna qanunlarına görə, səfərdən qayıdan şəxs ən geci 10 gün müddətində pasportu saxlanmaq üçün XİN-ə qaytarmalıdır.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq deputatların çoxu sənədi qaytarmayıb. Bu səbəbdən qaytarılmayan 225 pasport ləğv edilib.

Mənbə: Unian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir