Cəmiyyət

Yaponiya səfirliyi Yardımlıda ailə-sağlamlıq mərkəzinin tikintisi layihəsinə qrant ayıracaq – FOTO

Sharing is caring!


Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi və “Yardımlı rayonunda ailə-sağlamlıq mərkəzinin tikintisi” layihəsinin benefisiar təşkilatı qismində çıxış edən Yardımlı Rayon Mərkəzi Xəstəxanası arasında qrant müqaviləsi imzalanıb.

Bu barədə Yaponiya səfirliyi məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Rasim Əkbərov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri həmin mərasimdə iştirak ediblər.

Bu layihədə Yardımlı rayonunun Çanaxbulaq kəndində ailə-sağlamlıq mərkəzinin (ASM) tikintisi planlaşdırılır. Sahəsi 242 kv.m olacaq mərkəzdə iki ailə həkimi otağı, bir prosedur otağı, bir hamilə nəzarəti və reproduktiv sağlamlıq otağı, bir çoxtəyinatlı teletibb otağı, bir laboratoriya, bir pediatr otağı, bir peyvənd və uşaq gözləmə otağı, bir diş həkimi otağı, bir mətbəx və istirahət otağı, bir qarderob, bir təsərrüfat otağı, iki sanitar qovşağı olacaq.

Layihənin icrası nəticəsində indiyədək ucqar ərazilərdən rayon mərkəzi xəstəxanalarına getmək məcburiyyətində olan pasiyentlər (orta və ağır dərəcəli pasiyentlər istisna olmaqla) yeni tikiləcək ASM-də lazımi tibbi yardımı ala biləcəklər. Beləliklə, hədəf bölgəsi olan 15 kəndin əhalisinin tibbi xidmətə əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsi gözlənilir. Bu layihənin icrası üçün Yaponiya hökuməti 90 000 ABŞ dolları (təqribən 152 100 AZN) məbləğində qrant ayırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir