Dünya Manşetüstü

50 dollara görə 36 il həbs cəzası alan şəxsin azadlıqda – İlk sözü

Sharing is caring!

1983-cü ildə çörək sexindən 50 dollar oğurlayan və buna görə ömürlük həbs edilən məhkum 36 ildən sonra azadlığa buraxılıb.

XəbərAl.az xəbər verir ki, Alvin Kennard adlı məhkum həbs edilərkən 22 yaşında olub.

Məhkum 36 ildən sonra azadlığa buraxılması üçün müraciət edib və onun müraciəti araşdırıldıqdan sonra müsbət qərar qəbul olunub.

Qeyd edilir ki, Kennard qanunun tələbinə uyğun olaraq ömürlük həbs cəzası alıb.

ABŞ-ın 26 ştatında fərqli formada qüvvədə olan qanuna əsasən eyni cinayətdən 3 dəfə ittiham edilən şəxslərə ömürlük həbs verilə bilər. Kennard da 1979-cu ildə ikinci dərəcəli soyğunçuluq cinayətinə görə 3 il şərti cəza alıbmış.

Məhkəmə prosesinə əl və ayaqları zəncirli halda gətirilən Kennard bəyan edib ki, həbsdən əvvəl olduğu kimi azadlığa çıxdıqdan sonrada inşaat sektorunda işləməyi planlaşdırır.

Məhkum azadlığa buraxılıb, onu ailə üzvləri və dostları qarşılayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir