Kriminal Manşetüstü

Ramanada gənc oğlanın boğazını kəsdilər

Sharing is caring!

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

XəbərAl.az xəbər verir ki, rayonun Ramana qəsəbəsində 1994-cü il təvəllüdlü Bəhram Dilanlı naməlum şəxslə mübahisə edib.

Onların mübahisəsi davaya çevrilib. Naməlum şəxs Bəhram Dilanlının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Baş Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Camalov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir