Dünya

40 illik HİV xəstəsi sağaldı

Sharing is caring!

1980-ci illərdə HİV diaqnozu qoyulmuş bir kişi tamamilə sağalıb.

Bu, tibb tarixində dördüncü belə hal kimi qeydə alınıb.

Leykozun müalicəsi zamanı xəstə insanı virusa qarşı immunlaşdıran nadir DNT mutasiyası olan donordan sümük iliyi qəbul edib.

Adının çəkilməsini istəməyən sağalan şəxsin hazırda 66 yaşı var.

Qeyd edək ki, immun çatışmazlığı virusu (HİV) bədənin immunitet sistemini zədələyir. Bu, QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromu) səbəb ola və orqanizmin virusların öhdəsindən gəlməsini əngəlləyə bilər.

Lakin sözügdən xəstə HİV-dən deyil, qan xərçənginin ən geniş yayılmış növlərindən biri olan leykoza qarşı müalicə alıb və bu, onun digər xəstəliyinə də müsbət təsir göstərib.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir