İdman

UEFA avrokubok oyunlarında ayaqüstü tribunaları sınaqdan keçirəcək

Sharing is caring!

UEFA 2022/23 mövsümündə avrokubok yarışlarında tamaşaçılar üçün ayaqüstü tribunaları sınaqdan keçirəcək.

Test proqramı İngiltərə, Almaniya və Fransa klublarının stadionlarında reallaşdırılacaq. Yeni tribunlardan qrup mərhələsi və yarımfinaladək olan pley-off oyunları zamanı istifadə ediləcək.

2022/23 mövsümünün sonunda ekspertlərin hesabatlarına əsasən UEFA administrasiyası proqramın nəticələrini qiymətləndirəcək və nəticəni onun mümkün uzadılması barədə qərar qəbul etməli olan icraiyyə komitəsinə təqdim edəcək.

Qeyd edək ki, Avropa yarışmalarında ayaqüstü tribunalar 1988-ci ildən qadağan olunub.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir