Dünya

Hava boşluğuna düşən təyyarədə pilotun açıqlaması hamını güldürdü – VİDEO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərindən Adanaya uçan təyyarədə maraqlı anlar yaşanıb. Belə ki, hava boşluğuna düşən təyyarənin pilotunun dedikləri sərnişinləri təəccübləndirib. Adanalı pilot Ürgüpdə olarkən verdiyi açıqlama ilə hər kəsi güldürüb.

Sosial şəbəkələrdə yayımlanan görüntülərdə pilot turbulentliyin təyyarəyə təsir etmədiyini bildirir və sərnişinlərlə zarafat edir.

“Çoxu bitdi, az qaldı… İç Anadolu bölgəsi üzərində uçuşlarımız davam edir. Hazırda mövqe olaraq Ürgüp tərəfindəyik, əfəndim… Yerli vaxtla 20:40-da Adanaya eniş etməyi planlaşdırırıq. Uçuşumuzun çoxu bitdi, azı qaldı, Azər Bülbülün mahnısı kimi, əfəndim…” – deyə pilot təmkinlə sərnişinlərə müraciət edib.

“Yandıq sevda ocağında, həmişə gül olsun qollarında, bu şəhərin hər küçəsində sevgimizin izi qaldı. Çoxu bitdi, az qaldı…

Adanada havanın gözəlliyindən doymaq olmur… Təəssüf ki, səsim yaxşı olmadığı üçün mahnını oxuya bilmirəm… Səsi gözəl olan kimsə varsa, oxusun…

Adanada hava gözəldir, temperatur 30 dərəcə civarındadır.

Bizi seçdiyiniz üçün təşəkkür edirik. Sizə yaxşı enişlər arzulayıram və gələcək uçuşlarda görməyə ümid edirəm. Bu arada dağı keçərkən yaranacaq turbulentlik bizə hər hansı şəkildə təsir etməyəcək, əfəndim, rahat olun”, – deyə o söhbətini tamamlayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir