Dünya manset

İstanbul boğazı yaxınlığında NÖVBƏTİ QƏZA – İki nəhəng gəmi toqquşdu

Sharing is caring!

İstanbul yaxınlığındakı Çanaqqala boğazında 2 gəmi toqquşub.

XəbərAl.az Türkiyə mediasına sitinadən xəbər verir ki, ötən gecə Panama bayrağı altında üzə 191 metr uzunluqlu “Esl Dolphin” adlı gəmi ilə boğaza daxil olmağa çalışan və Səudiyyə Ərəbistanından Bolqarıstana gedən Marşall Adaları bayraqlı 189 metr uzunluqlu “Free Stage” gəmisi naməlum səbəbdən toqquşub.

Hadisə yerinə çoxsaylı xilasetmə qüvvələri cəlb edilib. Xoşbəxtlikdən hadisə nəticəsində insan itkisi olmayıb və dəniz çirklənməyib. Hər iki gəmiyə ciddi ziyan dəyib və onlar sahilə yan alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.