MARAQLI

Avstraliya sahilində plastikdən zəhərlənən yüzlərlə tısbağa balası tapılıb – FOTO

Sharing is caring!

Avstraliyada yüzlərlə yaşıl tısbağa balası Kaprikorn-kost sahilində ölmüş şəkildə tapılıb.

Bu barədə ABC telekanalı məlumat verib.

Təbii fəlakətin səbəbi kimi tısbağaların plastik torbaların parçalarını və ya plastik məhsul hissələrini udması göstərilir.

“Balalar suyun səthinə yaxın planktonla qidalanır. Onlar qida ilə üzən zibil arasında fərqi ayıra bilmirlər”, – deyə Ekologiya Nazirliyindən bildirilib.

Nazirlikdən o da bildirilib ki, Avstraliya yaşıl tısbağalarının populyasiyası son bir neçə ildə azalmağa doğru gedir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir