Dünya

Adada yaşayan insanlar koronovirus peyvəndi vurdurmadıqlarına görə bir ildən çoxdur ev dustağıdırlar

Sharing is caring!

Mahelino Patelesio və dörd nəfərdən ibarət ailəsi COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdikləri üçün bir ildən çoxdur ki, Tokelau adalarında (Yeni Zelandiya) ev dustaqlığında yaşayırlar.

Asayişi pozduqları üçün Nukunonu adasının şurası (taupuleqa) tərəfindən onlara ev dustaqlığı təyin edilib. Arxipelaqda həbsxanalar olmadığından və cinayətkarların Yeni Zelandiyaya daşınması baha başa gəldiyi üçün Tokelauda ev dustaqlığı adi bir təcrübədir.

“Bu kəndin qaydasıdır, bu adanı və icmanı idarə edən yerli şuranın qərarıdır. Tokelau qanunları var, lakin kəndin üzərində səlahiyyəti olan yerli şuramız da var”, – deyə adanın administrasiyasının meneceri Asi Pasilio bildirib.

Mənbə: Asia Pacific Report

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir