Siyasət

Firəngiz Əlizadə: “20-ci əsrin musiqiləri konsert zallarımıza hələ gəlib çıxmayıb”

Sharing is caring!


“Təəssüflər olsun ki, 20-ci əsrin musiqiləri konsert zallarımıza hələ gəlib çıxmayıb”.

“Report” xəbər verir ki, bunu Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Bakıda ilk dəfə keçirilən Musiqi forumunda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib.

“Mən burada onlarla ad çəkərəm ki, onlar 20-ci əsr musiqisinin ən önənli imzalarıdır, amma onlar bizim konsert zallarında yoxdur. Mənə bəzən suallar verirlər ki, bizdə indi niyə Qara Qarayev yetişmir? Bu mənə veriləcək sual deyil”.

Onun fikrincə, Bəstəkarlar İttifaqı bəstəkar yetişdirmir, çünki təhsil ocağı deyil:

“Bəstəkarlar İttifaqı yetişmiş bəstəkarları üzvlüyünə qəbul edir, onların dünyada çıxışına şərait yaradır. Bunlar ayrı-ayrı şeylərdir. Daha sonra televiziya kanallarında yaradıcılıq ittifaqlarının ləğv edilməsi ilə bağlı səslənən fikirlər mənə çox pis toxunur. Onlar deyirlər ki, guya həmin yaradıcı ittifaqlar sovet təbliğatı ilə məşğul olublar. Bu fikir kökündən yanlışdır. Bəstəkarlar İttifaqının başında hər zaman Azərbaycanı sevən, onun musiqisinə canla-başla xidmət edən dahi şəxslər dayanıb ki, o adamlar Azərbaycan musiqisi üçün çalışıblar, sovet musiqisi üçün yox. Mənə qədərki sədrlər və mən özüm – heç birimiz heç vaxt sovet musiqisi təbliğatı ilə məşğul olmamışıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir