MARAQLI

Xilasedicilərin balaca Eliflə “hamam söhbəti” – FOTO/VİDEO

Sharing is caring!

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər episentri Kahramanmaraş olmaqla 11 vilayətdə fəlakətlərə və dağıntılara səbəb oldu. Əsrin fəlakətindən 11 gün keçməsinə baxmayaraq möcüzələr yaşanır, dağıntılar altından hələ də sağ insanlar çıxarılır.

Bu işdə ən böyük məsuliyyət isə xilasedicilərin üzərinə düşür. Çəkilən görüntülər bu əməliyyatların nə qədər çətin olduğunu nümayiş etdirir.

Belə kadrların biri Hatayda qeydə alınıb. Videoda xilasedicilərin dağıntılar altında qalan Elifi qorxutmamaq üçün hisslərini gizlətmək məcburiyyətində qalması və heç bir şey olmamış kimi qızcığazla “hamam” söhbəti etməsi hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Kadrlardan görünür ki, uzun müddət dağıntılar altında qalan Elif su istəyir, hətta qoluna qoşulan sistemin içindəki mayeni içməyi düşünür. Ancaq xilasedicilər buna mane olur və onun üçün şprisdə su gətizdirirlər.

Uşağı xilas edəndən sonra isə onunla hamam söhbəti edilir və nənəsini ziyarət edəcəyi bildirilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir