İdman

Azərbaycan Premyer Liqası: İlk dövrənin son turu başlayır – AFİŞA

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Oxu.Az xəbər verir ki, birinci dövrənin son turu Zirədə başlayacaq.

Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı komandası “Turan Tovuz”u qəbul edəcək. Oyun saat 18:00-da start götürəcək. Görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

Səkkiz turdan sonra “Zirə” 16 xalla birinci, “Turan Tovuz” altıncıdır.

Azərbaycan Premyer Liqası

IX tur

6 oktyabr

18:00. “Zirə” – “Turan Tovuz”

Baş hakim: İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu.

Turun digər dörd matçı oktyabrın 7-də və 8-də keçiriləcək. Şənbə günü “Qəbələ” “Səbail”i, “Sabah” “Araz Naxçıvan”ı qəbul edəcək. Bazar günü isə “Sumqayıt” – “Kəpəz” və “Qarabağ” – “Neftçi” qarşılaşmaları baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir