Dünya

GTA yaradıcıları gizli layihə üzərində işləmək üçün yüzlərlə insanı işə götürür

Sharing is caring!

“Grand Theft Auto” oyunları seriyası ilə tanınan “Rockstar Games” hələ barəsində açıqlama elan etmədiyi bir layihənin hazırlanması ilə bağlı kütləvi şəkildə yeni işçiləri işə götürməyə başlayıb.

Bu barədə “GamesRadar” saytında məlumat verilib.

Qeyd olunur ki, indi tərtibatçıların saytında ümumilikdə 300-ə yaxın vakansiya tapmaq olar. Eyni zamanda onlardan 70-ə yaxını son bir neçə gündə peyda olub. Elanların əksəriyyəti əsas bölmə – “Rockstar North”la bağlıdır. Bununla belə ümumi təkliflər siyahısı şirkətin bütün filiallarını əhatə edir.

Vakansiyaların siyahısı oyunların hazırlanması sahəsi üzrə missiyanın layihələndirilməsindən tutmuş avtomobil fizikasına qədər geniş çeşidli ixtisasları əhatə edir.

GTA VI-nın hazırlanmasının aktiv fazası ilə bağlı şayiələr dalğası fonunda “GamesRadar” nəşri hesab edir ki, yeni vakansiyaların dərci məhz bu layihə ilə bağlıdır. Bununla belə redaksiya heyəti elanların əhəmiyyətli hissəsinin GTA Online üçün növbəti əsas əlavənin hazırlanması ilə əlaqəli ola biləcəyini də istisna etmirlər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir