Dünya

Boris Consonun yerinə əsas namizəd sayılan nazir mübarizəyə qatılmayacağını açıqladı

Sharing is caring!

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Mühafizəkarlar Partiyasının və hökumətin sədrliyi uğrunda mübarizəyə qoşulmayacaq.

Bu barədə britaniyalı nazir “Twitter” hesabında bildirib.

O, ailəsi və həmkarları ilə aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul etdiyini vurğulayıb.
“Məni dəstəkləməyə söz vermiş bütün həmkarlarıma və digərlərinə öz təşəkkürümü bildirirəm”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, Boris Consonun istefa açıqlamasından sonra bir çox ekspertlər tərəfindən məhz Ben Uolles baş nazir postuna əsas namizəd olaraq göstərilirdi.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir