İdman

Ferdinand “Mançester Yunayted”ə Levandovskini məsləhət bildi

Sharing is caring!

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand Kriştianu Ronaldunun gedişi ilə bağlı vəziyyətdən və onu kimin əvəz edə biləcəyindən danışıb.

“Biz vəziyyətə bütövlükdə nəzər salmalıyıq. Hadisələr öz axarı ilə cərəyan edir: Erlinq Haland və Nunes artıq başqa klublara keçiblər. “Mançester Yunayted” Kriştianonu buraxsa, onun yerini tuta biləcək yalnız bir adam var. Ən çox güvəndiyim şəxs Levandovskidir” – deyə təcrübəli Rio Ferdinand vurğulayıb.

Ferdinand əlavə edib ki, Ronaldonu ancaq polşalı jücumçu ilə müqavilə bağladıqdan sonra azad etmək olar.

“Əgər “Mançester Yunayted” növbəti mövsümdə 20-25 qol vura biləcək futbolçunu tapmasa, Levandovskidən savayı kiminsə vəziyyəti xilas edəcəyinə inanmıram”, – deyə “Qırmızı şeytanlar”ın sabiq futbolçusu bildirib.

Mənbə: FIVE

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir