Dünya

Borrel: “Ukraynadakı müharibə 300 milyondan çox insanı ərzaqsız qoyub”

Sharing is caring!

“Rusiyanın Ukraynada başlatdığı müharibə və qlobal ərzaq böhranı səbəbilə 323 milyon insan aclığın astanasında dayanıb”.

Bu sözləri Aİ diplomatiyasının rəhbəri Josep Borrel deyib.

“Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi ərzaq böhranını kəskin şəkildə artırır. Cəmi iki il ərzində dünyada ciddi şəkildə ərzaq çatışmazlığı yaşayan insanların sayı iki dəfə artıb. COVID-19 pandemiyasından əvvəl 135 milyondan 2022-ci ilin əvvəlində 276 milyona, bu gün isə 323 milyona qədər çatıb”, – deyə J.Borrel qeyd edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir