Dünya

Corc Floydu öldürən polis zabitinə daha 21 il həbs cəzası kəsildi

Sharing is caring!

Afroamerikalı Corc Floydun qətlində təqsirli bilinərək 22 il altı ay müddətinə həbs cəzası almış keçmiş polis zabiti Derek Şovinə əlavə olaraq daha 21 il həbs cəzası kəsilib.  

Belə ki, sabiq polis zabiti Corc Floydu öldürməkdən əlavə, onun mülki hüquqlarını pozmaqda ittiham edilib.

Qeyd olunur ki, Federal Prokurorluq D.Şovinin polis məmuru kimi səlahiyyətlərindən sui-istifadə edərək saxladığı şəxslə qeyri-insani rəftar etdiyinə görə 25 il həbs cəzası istəyib.

Nəticədə məhkəmə D.Şovin üçün 21 il həbs cəzası seçib. Maraqlı burasıdır ki, məhkəmənin qərarı ilə Şovin hər iki cəzanı eyni zamanda çəkəcək, yəni müddətlər toplanmayacaq, ancaq onu federal həbsxanaya köçürəcəklər. 

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir