Xarici siyasət

Ceyhun Bayramov fransalı həmsədrlə bölgədəki vəziyyəti müzakirə etdi

Sharing is caring!

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.

XİN-dən verilən məlumata görə, söhbət qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

Tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir