Dünya

“Chanel” rəhbərinin cızma-qaraları baha qiymətə satıldı

Sharing is caring!

Alman modelyer, fotoqraf və kolleksiyaçı Karl Laqerfeldin eskizləri “Sotheby’s”də 300 min funta (təxminən 600 min manata) satılıb.

Eskizlər vaxtilə “Chloe” və “Chanel” dəb evlərinə rəhbərlik etmiş dizaynerin Parisdəki mənzilində tapılıb

1970-ci illərdə fransız brendi “Chloe” üçün yaradılmış eskiz ən bahalı lot olub. O, 34,1 min funta (təxminən 70 min manata) alıcı tapıb.

Bundan əlavə, 1969-cu ilə aid 25 eskizdən ibarət dəst, modellərin Laqerfeld tərəfindən yaradılan paltarlarla fotoşəkilləri və onun dəb nümayişlərinə həsr olunmuş qəzetlərdən kəsilmiş məqalələr də kolleksiyaçılara təqdim olunub.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir