İdman

Poqba Dünya Çempionatını buraxacaq

Sharing is caring!

Pol Poqba zədə səbəbindən 2022-ci il Dünya Çempionatını buraxacaq.

Bu barədə futbolçunun agenti Rafaela Pimenta məlumat verib.

“Dünənki və bugünkü tibbi müayinələrdən sonra Paul Poqbanın əməliyyatdan sonra hələ də reabilitasiyaya ehtiyacı olduğunu bildirmək çox ağrılıdır. Bu səbəbdən Pol Qətərdə Fransa yığmasına qatıla bilməyəcək”, – Pimenta bildirib.

Xatırladaq ki, “Yuventus”un və Fransa millisinin yarımmüdafiəçisi uzun müddət oyunsuz qaldığı üçün bud əzələsindən zədə alıb. O, bu yaxınlarda menisk zədəsini sağaldıb.

Qeyd edək ki, 2022-ci il Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir