Siyasət

Ukraynalı ekspert: “Rusiya ordusunun ciddi hücum əməliyyatları keçirmək gücü yoxdur”

Sharing is caring!

“Rusiya ordusunun hazırda ciddi hücum əməliyyatları keçirmək üçün gücü yoxdur”.

Bunu “Report”a açıqlamasında ukraynalı politoloq Yuri Rayxel deyib.

O bildirib ki, Rusiya və Belarusun regional qruplaşması bu gün Ukrayna üçün real təhlükə yarada bilməz:

“Yaxın perspektivdə Belarus tərəfdən hücum ehtimalı azdır, çünki Rusiyanın oradakı qüvvələri kifayət qədər deyil. Belarus ordusunun döyüş qabiliyyəti çox aşağıdır, üstəlik, biz Belarus və Rusiya hərbçiləri arasında böyük ziddiyyətlərin və hətta etnik zəmində toqquşmaların şahidi oluruq. Buna görə də qondarma vahid qruplaşma hazırda Ukrayna və onun şimal regionları üçün real təhlükə yarada bilməz”.

Ekspert bununla yanaşı, uzunmüddətli perspektivdə belə bir təhlükənin yaranacağını istisna etməyib: 

“Bu, Rusiya qoşunlarının Belarusa göndərilməsi ilə baş verə bilər. Amma burada biz topoqrafik amili də nəzərə almalıyıq. Belə ki, Ukrayna-Belarus sərhədi ağır texnika üçün keçilməz olan Pripyat bataqlıqlarından keçir”.

“Rusiya ordusunun hazırda ciddi hücum əməliyyatları keçirmək üçün gücü yoxdur, çünki Rusiya ordusu, təxminən, 93 min itki verib. Bura ölənlər, itkin düşənlər, xəstəxanalarda ölənlər və aldıqları yaralara görə döyüşmək iqtidarında olmayanlar daxildir. Yəni Rusiyanın nizami ordusu sıradan çıxraılıb”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, indi bunu “qismən səfərbərlik”lə əvəz etmək lazımdır və Rusiya ordusunun cəbhə boyunca növbəti hücum cəhdini yazda gözləmək olar:

“Rusiyanın tam döyüş qabiliyyətini itirdiyini söyləmək olmaz, onların kifayət qədər insan potensialı var. Rusiya lokal səviyyəli əməliyyatlarda məğlubiyyətdən açıq-aşkar qorxur. Hərbi yox, siyasi problemləri həll etmək, rəsmi Kiyevi danışıqlara məcbur etmək üçün Ukraynanın arxa cəbhəsi atəşə tutulur. Doğrudur, bu atəşlərin təsiri rəsmi Moskvanın gözlədiyi kimi olmadı”.

Y.Reyxel Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin Qərbin təchizatları hesabına əhəmiyyətli dərəcədə gücləndirildiyini diqqətə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir