Siyasət

Qırğızıstan Azərbaycanla birgə fondun yaradılmasına böyük ümidlər bəsləyir

Sharing is caring!


Bişkek Qırğızıstan-Azərbaycan fondunun fəaliyyətinə böyük ümid bəsləyir.

Bu barədə Qırğızıstan Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanov “Trend”ə bildirib.

O, avqust ayında Azərbaycan və Qırğızıstan hökumətlərarası komissiyası çərçivəsində növbəti görüşün keçirildiyini xatırladıb.

“Biz bu görüşün protokollarına əsas istiqamətləri daxil etdik və nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan Qırğızıstan-Azərbaycan fondunun yaradılması yolu ilə birgə layihələrin maliyyələşdirilməsi mexanizminin yaradılması barədə razılığa gəldik”, – deyə Abdrahmanov bildirib.

Nazir müavininin sözlərinə görə, qərargah Bişkekdə yerləşəcək və yaxın vaxtlarda fondun İdarə Heyətinin üzvlərinin növbəti iclasının keçirilməsi gözlənilir ki, burada iqtisadi məqsədəuyğunluq, səmərəlilik, geri ödəmə və təxirəsalınmazlıq tələblərinə cavab verən layihələrin gələcək birgə maliyyələşdirilməsi müzakirə olunacaq.

“Biz artıq əsas daxili normativ sənədləri və Qırğızıstan-Azərbaycan fondunun hansı sahələrə diqqət yetirəcəyini müəyyən etmişik”, – deyə Kanat Abdrahmanov sözlərini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir