Dünya

Çin NATO-nun yeni konsepsiyasından narahatdır

Sharing is caring!

Çin Şimali Atlantika Alyansının yeni strateji konsepsiyasının siyasi risklərindən son dərəcə narahatdır.

Bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Çzyun təşkilatın Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.

O qeyd edib ki, Pekin NATO-nun belə sənədlərindəki dəyişiklikləri diqqətlə izləyir. Diplomat vurğulayıb ki, Şimali Atlantika Alyansı ölkələrinin bəzi liderləri digər dövlətləri təhlükə kimi qələmə verirlər.

Eyni zamanda, daimi nümayəndə xatırladıb ki, NATO dünyanın müxtəlif yerlərində problemlər yaratmağa görə məsuliyyət daşıyır.

Mənbə: Segodnya.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir