Dünya

ABŞ-da qatar gözləyən qadın hücum nəticəsində relslərə yıxıldı – VİDEO

Sharing is caring!

ABŞ-ın Nyu York şəhərində qəribə hadisə baş verib. Bronks bölgəsində Jackson Avenue metrostansiyasında naməlum şəxs qarşısında dayanıb qatarın gəlməsini gözləyən 52 yaşlı qadını relslərin üzərinə itələyib. O anda dayanacağa yaxınlaşan qatarın olmaması faciənin qarşısını alıb. Nyu York Polis Departamentindən verilən məlumata görə, Linkoln xəstəxanasına aparılan qadın yüngül şəkildə yaralanıb, başında və qolunda kəsiklər aşkar olunub. Qadın ona hücum edənin tutulması üçün xalqdan kömək istəyib.

Baş verən hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub. Polis naməlum şəxsin tapılması istiqamətində araşdırmalara başlayıb.

Mənbə: Sondakika

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir