Dünya

Ukraynada çətənə leqallaşdırılır

Sharing is caring!

Ukrayna hökuməti çətənənin tibbi, sənaye məqsədləri, elmi və elmi-texniki fəaliyyətlər üçün dövriyyəsini tənzimləyəcək qanun layihəsini dəstəkləyib.

Səhiyyə Nazirliyi 50-dən çox patoloji xəstəliyin gedişatını yüngülləşdirmək üçün Ali Radanın bu sənədin qəbuluna dəstək verəcəyini gözləyir.

Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, qanun layihəsinin qəbulu çətənər əsaslı narkotik vasitələrin dövriyyəsinin tənzimlənməsi sahəsində qabaqcıl təcrübənin daha da geniş tətbiqinə imkan verəcək.

Mətbuat xidməti onu da qeyd edib ki, çətənə əsaslı dərmanlar palliativ yardımda xərçəng xəstələrində simptomlar kompleksini, o cümlədən ağrıları azaltmaq, qidalanma pozğunluqlarını və yuxunu yüngülləşdirmək üçün istifadə olunur.

Mənbə: “Ukrinform”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir