İdman

DÇ-2022: Avstraliya qitələrarası oyuna vəsiqə qazandı

Sharing is caring!

2022-ci il dünya çempionatının pley-off mərhələsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avstraliya yığmaları arasında oyun keçirilib.

Qətərin Əl-Rayyan şəhərində təşkil olunmuş qarşılaşma Avstraliyanın qalibiyyəti ilə yekunlaşıb – 2:1.

Hesabı 53-cü dəqiqədə Cekson İrvayn açıb. Bundan 4 dəqiqə sonra Kannedo Kayo ərəblərin bərabərlik qolunu vurub. Lakin 84-cü dəqiqədə Aydin Xrustiç qələbə topunun müəllifi olub.

Bununla da Avstraliya qitələrarası seçmə oyuna vəsiqə qazanıb. İyunun 13-də rəqib Peru millisi olacaq. Bu cütün qalibi DÇ-2022-yə vəsiqə qazanacaq. Son vəsiqə uğrunda görüş isə iyunun 14-də Kosta Rika və Yeni Zelandiya arasında olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir