Dünya

“Maleviç” Eskişehirdə sakinləri qorxutdu

Sharing is caring!

Eskişehirdə Yenibağlar və Eskibağlar məhəllələrində bir çox binaların divarlarına yazılan yazı marağa səbəb olub. Sprey boya ilə yazılan sözlərin nə anlama gəldiyi ilə bağlı isə məlumat yoxdur.

Naməlum şəxs tərəfindən küçədəki binaların bir çoxuna rusca “Maleviç” sözü yazılıb. Naməlum şəxs hətta binaların ikinci mərtəbəsinə çıxmağı və eyni sözü orada da yazmağı bacarıb.

Vətəndaşlar və bina sahibləri məsələ ilə bağlı polisə şikayət ediblər.

Qeyd edək ki, Kazimir Severinoviç Maleviç Polşa əsilli rusiyalı avanqard rəssamıdır (1879-1935). Onun ən məşhur əsəri 1915-ci ildə yaratdığı “Qara kvadrat”dır. Bu əsər 2018-ci ildə “Christie’s” hərracında 85.8 milyon ABŞ dollarına satılıb. 

Mənbə: Milliyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir